Xəbərlər geriyə xəbərlər siyahısı 28.10.2011
TAC MMC şirkəti içməli su və sərinləşdirici içkilərin istehsalını genişləndirdi.

15 illik yubiley ərəfəsində Azərbaycanın tanınmış su istehsalçısı olan TAC MMC, keyfiyyət nəzarəti sisteminə və yerli bazara satış həcminə daha çox diqqət ayırır.

Hələ 1997-ci ildə qəbul olunmuş ən yüksək keyfiyyət standartlarına sadiq qalan istehsalçı Azərbaycanda içməli suya artan tələbata və keyfiyyət nəzarəti sisteminə uyğunlaşmaq üçün texniki avadanlığıarın modernləşməsinə başlayıb.

“Bakının Sulutəpə qəsəbəsində yerləşən zavodda Almaniyanın Krones şirkətindən içməli su və alkoqolsuz işki istehsalı üçün yeni avadanlıq quraşdırılıb. Texniki avadanlıq bizə nəinki hazır məhsul istehsalının həcmini artırmağa, həmçinin təbii suyun təmizlənməsinə nəzarəti gücləndirməyə imkan verir.
Bu gün biz suyun Qafqaz dağlarından əldə olunması, gətirilməsi və istehsalı mərhələlərində baş tutan, ən azından üç qat nəzarət haqda danışa bilərik” deyə şirkətin baş direktoru Arzu Yusifova qeyd etdi. İstehsalatın həcmi hazır məhsulun qablaşdırılmasının həcmindən aslıdır - şirkət suları və alkoqolsuz içkiləri 0.5-2.0 litirlik qablarda istehsal edir.

“Məhsulun keyfiyyətinə və tərkibinə nəzarətdən başqa onun xarici görünüşü də dəyişib. Biz kiçik rebrendinq etdik, “Aquavita” sularının və “Gülüstan” limonadlarının qablarının və etkiketlərinin dizaynını dəyişdik. Həmçinin rebrendiq kampanyiası nisbətən təzə istehsala buraxılan, lakin buna baxmayaraq artıq populyar olan “G Cola” adlı “Gülüstan Cola” limonadına da şamil olundu. İndi biz əminik ki, etdiyimiz dəyişkliklər bizim markanı sevənlər tərəfindən qiymətləndirilib” deyə Arzu Yusifova bildirib.

“Aquavita” sularının və Gülüstan limonadlarının keyfiyyəti 2003-cü ildə əldə olunmuş ISO 9001:2000 və ISO 9001:2008 (2009 il) beynəlxalq sertifikatlarla təstiqlənib
Biz mütəmadi olaraq bu sertifikatlara uyğunluğumuzu təsdiqləyirik və məhsullarımıza əlavə olunan inqridientlərə nəzarəti genişləndiririk. Bu xüsusən “Gülüstan” və “G-Cola” içkilərində aktualdır.

Kompaniya fəaliyyətinə 1997-ci ildən qablaşdırılmış “Aquavita” syunun istehsalı ilə başladı. Sonra isə “Gülüstan” limonadlarının istehsalına start verildi. Bu gün bu limonadların çeşidləri “Duşes”, “Tərxun”, “Feyxoa”, “Şaftalı”, “Albalı”, “Portağal”, “Limon”, “Yaşıl Alma” və “G-Cola” dadlarından ibarətdir.

Buna baxmayaraq məhsulun öyrəşdiyimiz xüsusiyyətləri itməyib. İstehsalat üçün Xudat rayonunda 400 metr dərinliyindən gələn təmiz, bulaq suyundan isitifadə olunur. “Aquavita” suyu sağlamlığa xeyirli olan mikroelementlərlə və mineral duzlarla zənginləşdirilmiş unikal balanslaşdırılmış tərkibə malikdir.